Skip to content

Niyə ASQIB – ə  üzv olmalı?

Azərbaycan “Sahibkar Qadınlar” İctimai Birliyinə üzvlük əsaslı şəbəkədir. Bizim missiyamız Sahibkar Qadınların  potensial imkanlarının gücləndirilməsi və  sahibkarlığın inkişafına dəstəkdir. Eyni zamanda sahibkarların maraqlarının  təmin olunması  üçün effektiv birgə fəaliyyətin təşviq edilməsidir.

 

 

ASQİB-ə qoşulma məqsədləri:

Ən yaxşı təcrübənin yayılması və tətbiqini təkmilləşdirmək

Sahibkarlıq xidmətləri göstərilməsində və davamlı Sahibkarlıqla bağlı problemlərin aradan qaldırılması

Maliyyə xidmətlərinə çıxış imkanlarını artırmaq

Birlik bu missiyanı yüksək keyfiyyətli daxili təlimlərin təşkili, tədqiqat layihələri həyata keçirmək, qarşılıqlı öyrənmə və mübadilə imkanları, beynəlxalq donorlar əlaqə yaratmaq, sahibkarlıq mövzularında məlumat vermək, sahibkarlıq sektoruna aid kitablar, hüquqi və siyasət təbliği vasitəsilə həyata keçirir.