Haqqımızda
Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyi 1998-ci ildən fəaliyyətə başlayıb, 2001-ci ildən Ədliyyə Nazirliyində Dövlət qeydiyyatından keçərək fəaliyyət göstərir. Birliyin fəaliyyətinin əsas məqsədi sahibkar qadınların islahatlarda və cəmiyyətdə daha aktiv iştiraki, əməyi, biliyi və zəkası vasitəsi ilə ölkə iqtisadiyyatına və həyatın çətinlikləri ilə üzləşən qadın və qızlarımıza təhsildə mənəvi və maddi yardım göstərmək, onlara yeni peşə və sənət əldə etmələrinə, sahibkarlıqla, bizneslə məşgul olmasına cəlb olunmalarına, qadın və qızların hüquqlarının qorunması, onların problemlərini öyrənilməsi və bu problemlərin həlli üçün tədbirlərin görülməsidir. İqtisadiyyatın inkişafında ölkə qadınlarının rolunu artırmaq və sahibkarlığa cəlb etmək, onları maarfiləndirmək birliyin prioritet fəaliyyətidir.Bu məqsədlə mütəmadi olaraq dəyirmi masalar, seminarlar keçirilir və xanımlarımıza xarici dili, İKT bacarıqları, müvafiq iqtisadi biliklər, resurslardan faydalı istifadə etmək və s. bilik-bacarıqlar aşılanır.
Ölkəmizdə fəaliyyət göstərən xarici səfirliklərlə sıx əlaqələr yaratmışıq ki, ölkələrarası beynəlxalq tədbirlərdə bizim sahibkar qadınlarımız da iştirak etsinlər, faydalansınlar, təcrübə qazanaraq səmərəli işgüzar əlaqələr yaratsınlar. Belə ki, birlik olaraq daim sahibkar qadınlarımızın beynəlxalq biznes forumlarda, sərgilərdə, sahibkarlarla ikitərəfli görüşlərdə iştiraklarını həm təşkil həm də təmin edirik.
Hal-hazırda Azərbaycanın 20 rayonunda birlimizin (Quba, Qax, Cəlilabad, Şəmkir, Göygöl, Tovuz, Daşkəsən, Goranboy, Samux, Yevlax, Ağstafa, Tərtər, Mingəçevir, Ağdam, Ağsu, Qusar, Xaçmaz, Lənkəran, Lerik, Gədəbəy) nümayəndəlikləri fəaliyyət göstərir. Dünyanın inkişaf etmiş 16 ölkəsinin (Türkiyə, Ruminiya, İran, Hindistan, Avstriya, Macarıstan, Qırğızıstan, Səudiyyə Ərəbistan, Belarusiya, Monteneqro, Dubai, Efiopiya, Mərakeş,Serbiya, İtalya, Rusiya və.s.) sahibkar qadınlar birlikləri ilə əlaqə yaratmışıq və əməkdaşlıq edirik.
Qeyd etmək yerinə düşər ki, 2002-ci ildə 870 nəfər, 2004-cü ildə 1500 nəfər, 2008-ci ildə 2500 nəfər, 2015-ci ildə 5000 min nəfər, hal – hazırda isə 7000 nəfərdən artıq sahibkar qadın üzvlərimiz vardır. Üzvlərimizin 70% faizini gənclər təşkil edir. Gənclərimizin əksəriyyəti sahibkarlıqla əlaqədar peşə hazırlığı kursuna gəlirlər.
Mütəmadi olaraq birliyin xətti ilə sahibkar və gənc sahibkar qadınların fəaliyyətini stimullaşdırmaq və inkişaf etdirmək üçün peşə təhsili kursları, seminarlar, təlimlər, sərgilər təşkil edilir, həmçinin, beynəlxalq sərgi və forumlarda iştiraklarını təmin edirik. Mütəmadi olaraq mentorlarla gənc sahibkar qadınların görüşləri, diskussiyalar, biznes-forumlar, gənc sahibkar qadınların istehsal etdiyi məhsulların satış sərgisivə s. dəstəkləyici tədbirlər təşkil edilir.Sərgilərdə dövlət qurumları və digər icra təşkilat nümayəndələri, bank və vergi nümayəndəli, mentorlar iştirak edərək öz dəstəklərini əsirgəmirlər.Bu tədbirlərin həyata keçirilməsində dövlət dəstəyi olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Sahibkarlar Komitəsi və İqtisadiyyat Nazirliyi ilə daimi səmərəli əməkdaşlığı qeyd etməliyik.
Birlik fəaliyyətə başladığı gündən hazırki dövrə qədər 11 831 nəfər qadını peşə təhsilnə cəlb etmiş və iş həyatına başlamasına,peşə vəsiqəsi almasına köməklik etmişdir. Bu xanımların 60% gənc qızlar,10% yaşlı qadınlar və 30% isə evdar qadınlardır.Bu qadınların əksəriyyəti peşə kursunu keçdikdən sonraya ailə biznesi qururlar ya da fərdi sənətkarlar kimi formalaşırlar.Sahibkar Qadınlar İctimai Birliyi olaraq bu günə qədər onlarca irimiqyaslı səmərəli layihə həyata keçirtmişik. Məsələn:
2015-ci ildə “Region Qadınların Sahibkarlıq biliklərinin artırılması” layihəsi həyata keçirilmişdir. Bu layihədə ilkin məqsəd 160 nəfər qadının peşəkarlıq istiqamətində maariflənməsi və inkişafı olsa da,maraqlanan, müraciət edənlərin sayı çox olmuş və 221 nəfər gənc qadın təlim keçərək peşəkar sahibkarlığa vəsiqə qazanmışdır.
2017- ci ildə “Evdar xanımların sahibkarlığa cəlb olunması” layihəsində hədəfimiz 250 nəfər qadınların maarifləndirilməsi olsa da, eyni səbəbdən 337 nəfər qadın layihədən faydalanmışdır.
2018 – ci ildə “Qeyri Rəsmi işləyən sahibkar qadınların əmək münasibətlərinin rəsmiləşdirməsinə dair maarifləndirmə və hüquqi dəstək” layihəsi: 220 nəfər qadın;
2019 – cu ildə “Gənc xanımların maliyyə savadlılığının artırılması və biznesin idarə edilməsi” layihəsi: 490 nəfər qadın maarifləndirilmişdir.
2020 – 2021 ci ildə “Azərbaycanın kənd bölgələrində qadın fermerlərin maarifləndirilməsi”layihəsindəhal-hazırda həyata keçirdiyimizonlayn formatda ən səmərəli layihələrdən biridir. Layihənin məqsədinə uyğun olaraq kiçik fermer təsərrüfatı ilə məşğul olan 800nəfər qadın bu layihədən faydalanacaqdır.
Yuxarıda qeyd etdiyimiz təhsil üzrə layihələri həyata keçirtmək üçün bir çox müəssisələr və beynəlxalq təşkilatlar birliyə maliyyə dəstəyi göstərmişlər. Bunlardan “Qızıl Əllər” tədris müəssisəsi, “Zirvə” MMC, “ASİS” təhsil mərkəzi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, (AQUK) Azərbaycan Sahibkarlar Konfedrasiyası (ASK), Türkiyənin Azərbaycandakı səfirliyi, Avropa İttifaqı, Azərbaycan Mikro-Finans Mərkəzi (AMFA), Birləşmiş Millətlər Təşkilatı (BMT), Azərbaycan Respublikası Prezidenti Yanında QHT –rə dəstək Şurası və.s. təşkilatlar birliyimizin əsas missiyası olan qadın və qızlarımızın təhsil alması, peşə öyrədilməsi, məşğulluğun artırılması və asılılığın aradan qaldırılmasına yardım edirlər.
2001 – ci ildən bu günə qədər həl il peşə təhsili almış xanımların öyrəndikləri peşəyə uyğun istehsal etdikləri məhsulların satış sərgisini təşkil edirik. Yerli sərgilərdən əlavə qadınlarımızın Beynəlxalq sərgilər, biznes formlar ikili görüşlər və təcrübə mübadiləsi proqramlarında iştiraklarını təşkil edirik. Təhsil almağa və bir peşəyəyiyələnmək üçün müvafiq kurslara təkcə bizim ölkədə deyil, dünyanın hər yerində yaşayan qadınların ehtiyacı var.
Məişət zorakılığının əsas səbəblərindən biri qadınların öz hüquqlarını bilməməsi, təhsilinin olmaması, ailədə yaranan iqtisadi böhran və erkən nigaha məruz qalmasıdır. Dünyanın əksər ölkələrində aktual olan bu problemi həll etmək üçün qadınlara təhsil vermək, öz hüquqlarını və vəzifələrini öyrətmək və iqtisadi böhranı aradan qaldırmaq üçün peşəyə yönləndirmək vacib bir məsələdir.
Biz də təşkilat olaraq daim qadınların təhsili, hüququ biliyi və iqtisadi biliyinin artırılması vəbacarıqlarının inkişaf etdirilməsi üçün yorulmadan çalışırıq. Çünki:
“Bir kişiyə təhsil verməklə savadlı bir insan qazanarsınız. Bir qadına təhsil verməklə isə savadlı bir ailə və cəmiyyət” deyən Hacı Zeynalabdin Tağıyevnə qədər haqlı idi.
MİSSİYA
Sahibkar qadınların islahatlarda və cəmiyyətdə daha aktiv iştiraki, əməyi, biliyi və zəkası vasitəsi ilə ölkə iqtisadiyyatına və həyatın çətinlikləri ilə üzləşən qadın və qızlarımıza təhsildə mənəvi və maddi yardım göstərmək, onlara yeni peşə və sənət əldə etmələrinə, sahibkarlıqla, bizneslə məşgul olmasına cəlb olunmalarına, qadın və qızların hüquqlarının qorunması, onların problemlərini öyrənilməsi və bu problemlərin həlli üçün tədbirlərin görülməsidir.
VİZYON
Üzvlərimizin ən yaxşı təcrübələri və dayanıqlığını tanıtmaq və onlara rəhbərlik etmək, eyni vaxtda sahibkar qadınlarımızın beynəlxalq biznes forumlarda, sərgilərdə, sahibkarlarla ikitərəfli görüşlərdə iştiraklarını həm təşkil həm də təmin etməkdir.