Gəncə şəhərində Novruz bayramı münasibətilə böyük tədbir və xalq gəzintisi olub. Cavad xan küçəsində başlayan və şəhərin baş meydanında bayram tonqalının çatılması ilə davam edən şənlikdə xarici ölkələrdən olan qonaqlar milli adət-ənənələrimiz ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Dekorativ xalq tətbiqi sənət nümunələri, xalçaçılıq, misgərlik, metal üzərində döymə və digər əl işləri xalqımızın zəngin mədəni irsini əks etdirib. Gəncə mətbəxi üçün xarakterik olan təamlar, qədim məişətimiz, mədəniyyətimiz və Novruza aid digər elementlər böyük maraqla qarşılanıb.
Bu bayramda bizim MM”Qızıl Əllər” müəssisəmizdə iştirak edib. Müəllimlərin sayəsində bizim müəssisədə təhsil alan tələbələrdə öz əl işlərini nümayiş etdirdilər.