
Ağayeva Zemfira xanımın fəaliyyəti haqqında qısa
xülasə.
Zenfira Ağayeva Hüseyn qızı 1950 –ci ildə Goranboy rayonunda anadan olmuş. 1972-1974 Gəncə Yüngül Sənaye texnikomunu, 1990-1994 Azərbaycan Respublikası Ali Tətbiqi Elmlər Kollecinin “Rəssam Modelyer” ixtisasını, 1991-1995 Azərbaycan Texnologiya İnstitutu “Tikişin texnologiyası” fakultəsini bitirmişdir. Əsas ixtisası geyimin hazırlanması üzrə mütəxəssisdir. İlk əmək fəaliyyətinə modelyer- dizayner kimi başlayıb və Gəncə şəhərində “Modalar Evi” açmış , 3 nəfər işçi ilə işə başlamışdır. Hər il mövsümlə əlaqəli şəhər əhalisinə xüsusi geyim nümunələri nümayiş etdirməyə, bu nümunələrdən ibarət sərgilər təşkil etməyə başlamışdır. Bu sərgi təkcə Azərbaycanın şəhərlərində deyil, həm də Sanq-Peterburq, Orta Asiya ölkələrində nümayiş olunmuşdur.
1973- cü ildə Mədəniyyət Evində biçmə-tikmə müəlliməsi, 1992-ci ildə Pedaqoji unversitetdə müəllim, 1993-cü ildə Pedaqoji unversitetin nəzdindəki peşə hazırlığı kursunun müdiri vəzifəsində çalışmışdır. Gəncədə ilk sahibkar qadın kimi 1995-ci ildən MM “Qızıl Əllər” tədris müəssisəsinin təsisçisi və rəhbəridir.
2001-ci ildə Dövlət qeydiyyatından keçərək Azərbaycan “Sahibkar Qadınlar” İctimai Birliyi fəaliyyət göstərir. Birliyin 7000-dən artıq üzvü, 21 rayonda mərkəzləri vardır, 26 xarici ölkə Sahibkar qadınları ilə əməkdaşlıq edirlər. Birliyin xətti ilə hər il 100-dən artıq sahibkar qadın xaricdə təcrübə mübadiləsi aparır.
Zenfira xanım Türkiyə, Fransa, İran, İsrail, Yaponiya, Amerikada olmuşdur. O , Respublika Sahibkar Qadınlar İctimai Birliyinin prezidenti kimi sahibkarla kreditlərin verilməsində böyük köməklik göstərmişdir. 2005-ci ildə ABŞ deputatlarının dəstəyi ilə Amerikaya səfər edərək sahibkarlarla görüşüb onlarla əməkdaşlıq etməyə başladı, bu əməkdaşlıq da ildən-ilə möhkəmlənmişdir.
5 mart 2012 – ci ildə Zenfira xanım Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən ictimai həyatında səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalına layiq görülmüşdür.
26 aprel 2016 – ci il tarixində Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən Sahibkarlığın inkişafında göstərdiyi səmərəli fəaliyyətinə görə “Fəxri Fərmanla” təltif edilib.
6 mart 2021 – ci ildə Zenfira xanım Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən İctimai Mədəni həyatında səmərəli fəaliyyətinə görə III dərəcəli “Əmək Ordeni” –nə layiq görülmüşdür.
Zenfira xanım 60-dən çox xarici ölkələrdə biznesin inkişafı üzrə təlimlərdə iştirak etmiş, diplom və serifikatlarla təltif olunmuşdur.