Niyə ASQIB – ə üzv olmalı?
Azərbaycan “Sahibkar Qadınlar” İctimai Birliyinə üzvlük əsaslı şəbəkədir. Bizim missiyamız Sahibkar Qadınların potensial imkanlarının gücləndirilməsi və sahibkarlığın inkişafına dəstəkdir. Eyni zamanda sahibkarların maraqlarının təmin olunması üçün effektiv birgə fəaliyyətin təşviq edilməsidir.
ASQİB-ə qoşulma məqsədləri:
Ən yaxşı təcrübənin yayılması və tətbiqini təkmilləşdirmək
Sahibkarlıq xidmətləri göstərilməsində və davamlı Sahibkarlıqla bağlı problemlərin aradan qaldırılması
Maliyyə xidmətlərinə çıxış imkanlarını artırmaq
Birlik bu missiyanı yüksək keyfiyyətli daxili təlimlərin təşkili, tədqiqat layihələri həyata keçirmək, qarşılıqlı öyrənmə və mübadilə imkanları, beynəlxalq donorlar əlaqə yaratmaq, sahibkarlıq mövzularında məlumat vermək, sahibkarlıq sektoruna aid kitablar, hüquqi və siyasət təbliği vasitəsilə həyata keçirir.